Mədəniyyət sahəsində elektron məlumat sistemi

Ümumi informasiya

Ad:
Türkiyədə keçirilən Beynəlxalq Ərtuğrul Qazini Anma və İnegöl şənliklərində ölkəmiz təmsil olunub
Tarix:
20.09.2016
Ətraflı:

Türkiyənin Bursa şəhərində Beynəlxalq Ərtuğrul Qazini Anma və İnegöl şənlikləri keçirilib. Ərtuğrul Qazi Dərnəkləri Federasiyasının üzvü İnegöl Ərtuğrul Qazi Kültür və Yaşatma Dərnəyi tərəfindən keçirilən 18-cı festival üç gün davam edib.  

Tədbirdə ölkəmizi Sumqayıt şəhər “Dostluq” mədəniyyət evinin “Xəzri” xalq mahnı və rəqs kollektivi təmsil edib.

Kollektivin İnegöl Kültür parkında və Anfiteatrda geniş konsert proqramı ilə çıxışı böyük marağa səbəb olub, “Azərbaycan suitası”, “Sarı gəlin”, “Çobanlar” və digər milli rəqslərimiz türkiyəli tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Festivalın sonunda kollektiv Bursa şəhər Bələdiyyə başçısı tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunub.

Sistem kodu:
AHA000006