Mədəniyyət sahəsində elektron məlumat sistemi

Ümumi informasiya

Ad:
İtaliyada XIX Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası öz işinə başlayıb
Tarix:
27.10.2016
Ətraflı:

İtaliyanın Paestum şəhərində XIX "Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası" (XIX "La Borsa Mediterranea del Turismo Archeologico" - www.borsaturismoarcheologico.it) öz işinə başlayıb. Əhatə dairəsinə, mövzu və konsepsiyasına görə dünyada yeganə layihə hesab edilən sərgiyə UNESCO, İKKROM, İKOMOS və ÜTT kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfdaşlıq edir.

Hər il dünyanın 30-dək ölkəsinin, eləcə də İtaliyanın əksər regionlarının və arxeoloji irsin mühafizəsi və təbliği üzrə ixtisaslaşmış təşkilatların iştirak etdiyi tədbirdə Mədəniyyət və Turizm Nazirliyi növbəti dəfə iştirak edir.

Oktyabrın 27-də başlanan sərginin rəsmi açılışında İtaliyanın Mədəni irs, fəaliyyətlər və turizm naziri Dario Françeskini, Kapaççio Pestum şəhərinin meri İtalo Voza və Salerno vilayətinin prezidenti Cuzeppe Canfaro iştirak ediblər. Gün boyu davam edən sərgidə arxeologiya və turizm haqqında 25-dən çox konfrans və görüşlər keçirilib.

Bir neçə gün davam edəcək tədbirlər çərçivəsində ölkəmizə məxsus stenddə sərgiyə gələn qonaqlara ingilis və italyan dillərində müxtəlif reklam-çap, ölkəmizin mədəni və təbii irsinə, arxeoloji turizmə həsr olunmuş təbliğat materialları təqdim olunur.

Ölkəmizə məxsus milli stendi ziyarət edən Dario Françeskini Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə görüşüb.

Qeyd edək ki, açılış mərasimində İtaliya Respublikasının rəsmiləri tərəfindən Azərbaycanın sərgidə iştirakı xüsusi vurğulanıb.

Keçiriləcəyi günlər ərzində sərgini yuxarıda adları qeyd edilən beynəlxalq təşkilatların, 130-dan çox iştirakçının, 10 mindən çox adamın ziyarət edəcəyi gözlənilir.

Sistem kodu:
AHA000005