Mədəniyyət sahəsində elektron məlumat sistemi

Ümumi informasiya

Ad:
“Onun atası” filminin beynəlxalq premyerası keçirildi
Tarix:
26.09.2016
Ətraflı:

26 sentyabr tarixində İtaliyada Zamin Məmmədovun “Onun atası” qısametrajlı bədii filminin beynəlxalq premyerası keçirildi. Film 17-ci ASIATICA, Encounters with Asian Cinema Film Festivalının “Panorama” müsabiqə proqramında nümayiş etdirildi. Festival 2 oktyabr tarixinədək İtaliyanın paytaxtı Romada davam edəcək.

Qeyd edək ki, “Onun atası” bədii filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.

“Onun atası” filminin ssenari müəllifi Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov və Ülviyyə Rza canlandırırlar.

Sistem kodu:
AHA000004