Mədəniyyət sahəsində elektron məlumat sistemi

Ümumi informasiya

Ad:
İspaniyada Womex-Dünya Musiqisi Exposunda ölkəmiz təmsil olunur
Tarix:
19.10.2016
Ətraflı:

19 oktyabr 2016-cı il tarixində İspaniyanın Santiaqo de Kompostela şəhərində Womex-Dünya Musiqisi Exposunun açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun baş məsləhətçisi Nərgiz Abdullayeva və nazirliyin eksperti təmsil edir. Expo-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Türkiyənin Vokaliz Orqanizasiyon Danişmanlık şirkəti tərəfindən Azərbaycan musiqisinə və milli musiqi alətlərinə həsr olunmuş sərgi təşkil olunmuşdur.

Bu il Expo çərçivəsində Azərbaycan pavilyonu fərqli tərtibatla tamaşaçıların böyük marağına səbəb olub. Gələn qonaqlara Azərbaycanın milli musiqisinin təbliği məqsədilə kitablar, CD disklər paylanılır, xüsusi hazırlanmış Azərbaycan loqosu ilə USB-lər və müxtəlif rəngli kəlağayılar hədiyyə olunur.

Sərgi zamanı Azərbaycan pavilyonunda qonaqlar üçün “Happy hour” adlı tədbir keçiriləcək. Tədbirdə Azərbaycan mətbəxinin təbliği məqsədilə paxlava, milli şərablar və s. təqdim edilir.

Bildirək ki, tədbir oktyabrın 24-dək davam edəcək.

Sistem kodu:
AHA000003