Mədəniyyət sahəsində elektron məlumat sistemi

Ümumi informasiya

Ad:
Badımcan dolması
Ətraflı:

Badımcan dolması adəti üzrə hər bölgəmizdə özünəməxsus tərzdə hazırlanır. Hətta dünyanın müxtəlif ölkələrində badımcan dolmasına bənzər yeməklər hazırlanır. Bizim üçünsə ən ləzzətlisi təbii ki, öz dolmamızdır. Bu dolmanın bir adı da üç bacı dolmasıdır.
Keçək hazırlanmasına.

Bizə lazım olacaq ərzaqlar bunlardır:
1 kq mal və ya qoyun əti
3 baş soğan
1 x/q kərə yağı
100 qr yumuru düyü
10 ədəd badımcan
10 ədəd yaşıl bibər
10 ədəd pomidor
duz, istiot
Hazırlama prosesi:
Öncə ət və soğan ətçəkən maşında çəkilib, qovrulur. Sonra içərisinə düyü əlavə olunur.

Pomidorun içərisi səliqə ilə kəsilib, çıxarılır və qarışıma əlavə olunur. Üzərinə duz, istiot hətta züvqə görə xırda doğranmış reyhan da səpilir. badımcanlar suda qaynadıldıqdan sonra, yağda qızardılır.

Bibərlərin içərisi təmizlənir. Hər üç inqredientin içərisinə duz, istiot və sarıkök sürtülür. Bu qarışım dolmamıza xüsusi ləzzət qatır.

Artıq qovrulmuş ətin üzərinə kərə yağı da əlavə edib, tərəvəzlərin içərisinə doldururuq.

Səliqə ilə qazana düzürük. Üzərinə 100-150 ml su töküb dolmamızı ocağın üzərində bişiririk.

Budur dolmamız hazırdır.

Badımcan dolmasını sarmısaqlı qatıqla süfrəyə vermək olar. Həmçinin bu dolmanı sobada da bişirə bilərsiniz NUŞ OLSUN! Resept üçün Lamiyə xanıma təşəkkürlər.

Sistem kodu:
AEA000006