Mədəniyyət sahəsində elektron məlumat sistemi

Ümumi informasiya

Ad:
Kələm dolması
Ətraflı:

Mətbəximizin  ləzzətli dolma növlərindən biri də Kələm dolmasıdır. Bu dolma hər bölgəmizdə özünəxas şəkildə hazırlanır. Bugün isə noxudlu kələm dolmasının reseptini Sizə təqdim edəcəyik.

 

Tərkibi:
yarım kilo çəkilmiş qoyun və ya mal əti, və ya ikisinin qarışığı
1 ədəd yumşaq kələm
2 baş soğan
yarım stəkan yaxşıca yuyulub, süzülmüş yumru düyü
yarım ç/q nanə qurusu
100 qr bişmiş noxud
2 x/q əridilmiş kərə yağı
təxmini 1 ovuc göyəm turşusu
duz, istiot, sarıkök
Dolmanın üzərinə səpmək üçün sous
2 ədəd pomidor
 baş soğan
qızartmaq üçün yağ
Hazırlanma qaydası:
Ət və soğanı ətçəkən  maşından keçirin. Qiyməyə quru nanə, sarikök,  duz, istiot, yumru düyü, əvvəlcədən isladılıb, qaynadılmış noxud, əridilmiş kərə yağı, göyəm turşusu əlavə edib qarışdırın.

qiymə

Kələm yarpaqlarını ayırıb, duzlu suda 3-5 dəqiqə qaynadıb, soyudun. Bərk yerlərini kəsin. Qazanın dibinə artıq qalmış bərk kələm yarpaqlarını düzün.Dolmaları büküb, qazana yığın. Üzərinə çıxacaq qədər su töküb qapağı bağlı qazanda bişirin. Dolmalar bişənə yaxın kərə yağında 1 baş soğanı xırda-xırda doğrayıb, az qızardın. 2 ədəd pomidorun qabığını soyub, sürtgəcdən keçirin. Soğanla bir yerdə qovurun. Yemək tam bişib yağa düşdükdən sonra, üzərinə qovrulmuş pomidor gəzdirin.

Sistem kodu:
AEA000005