Mədəniyyət sahəsində elektron məlumat sistemi

Ümumi informasiya

Ad:
Mədəniyyət nümunələrinin Azərbaycan Respublikasının milli mədəni sərvətlərinə aid edilməsi məqsədi ilə həyata keçirilən ekspertizalar
Ətraflı:

Mədəniyyət sərvətlərinin ekspertizasının keçirilməsi, tarixi, bədii, elmi dəyərinin müəyyənləşdirilməsi və respublikadan çıxarılması üçün şəhadətnamə (icazə sənədi) verilməsi sahəsində Nazirliyin Ekspert Komissiyalarının fəaliyyəti haqqında arayış

 

Mədəniyyət sərvətlərinin ekspertizasının keçirilməsi, tarixi, bədii, elmi dəyərinin müəyyənləşdirilməsi və respublikadan çıxarılması üçün şəhadətnamə (icazə sənədi) verilməsi sahəsində Nazirliyin Azərbaycan Milli İncəsənət, Azərbaycan Milli Xalça, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında yerləşən Ekspert Komissiyalarının səlahiyyətli nümayəndələri ilə birgə göstərilən xidmətlərin, habelə vətəndaşların və ölkəyə gələn qonaqların müraciətlərinə baxılması prosedurunun asanlaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Hüquqi əsas: “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanunu, “Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında və "Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarları.

 

Azərbaycan Milli İncəsənət Muzeyində fəaliyyət göstərən Ekspert Komissiyası tərəfindən qeyd olunmuş mədəni sərvətlərə icazə sənədi (sertifikat) verilir:
incəsənət əsərləri, əl ilə çəkilmiş şəkillər, orijinal memarlıq əsərləri, dini xarakterli incəsənət əsərləri, ikonalar, gravürlər, estamplar, litoqrafiyalar, möhür formaları, dekorativ-tətbiqi incəsənət nümunələri, şüşədən, keramikadan, ağacdan, metaldan sümükdən, parçadan və ya digər materiallardan hazırlanmış əsərlər, poçt markaları, qədim ordenlər, medallar, əskinazlar və ya bu qəbildən olan digər əşyalar; mineralogiya, anatomiya və ya paleontologiya kimi elm sahələri üçün əhəmiyyət kəsb edən flora və faunanın nadir nümunələri və ya kolleksiyaları.

1960-cı ildən əvvəl yaradılmış mədəniyyət sərvətləri, bədii və elmi əhəmiyyət kəsb etdikdə onların Azərbaycan Respublikasından çıxarılmasına icazə verilmir.

 

Azərbaycan Milli Xalça Muzeyində fəaliyyət göstərən Ekspert Komissiyasının fəaliyyət dairəsinə aşağıda göstərilən mədəniyyət sərvətləri daxildir:

  • xalça və xalça məmulatları
  • xalq tətbiqi sənəti nümunələri: tikmə, parça, milli geyim, bədii metal və zərgərlik əşyaları, keramika, ağac, arxeoloji əşyalar və s.

           Mədəniyyət sərvətləri tarixi, bədii və elmi əhəmiyyət kəsb etdikdə onların Azərbaycan Respublikasından çıxarılmasına icazə verilmir:

  • 1960-cı ildən əvvəl yaradılmış xalça və xalça məmulatları, tikmələr, ağaç, metal, sümük, kağız və başqa materiallar üzərində işlənmiş miniatürlar və s.
  • Yaradıldığı tarixdən asılı olmayaraq yüksək bədii əhəmiyyətə malik nümunələr.

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində fəaliyyət göstərən Ekspert Komissiyası tarixi, elmi, bədii əhəmiyyət kəsb etməyən, mühafizə dərəcəsi olmayan musiqi alətləri, qrammafon valları, not nümunələrinə  şəhadətnamə  (icazə sənədi)  verir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin əmrinə əsasən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində 1994-cü  ildən, 2006-cı  ildən nazirlik  tərəfindən təsdiq edilmiş Əsasnaməyə əsasən mədəniyyət sərvətlərinin  ekspertizasının keçirilməsi, tarixi, bədii və elmi dəyərinin müəyyənləşdirilməsi və respublikadan çıxarılması üçün  şəhadətnamə  (icazə sənədi)  verilməsi  üzrə ekspert komissiyası fəaliyyət  göstərir.

Sistem kodu:
ADA000002