Mədəniyyət sahəsində elektron məlumat sistemi

Ümumi informasiya

Ad:
Toyuqlu döşəmə plov
Ətraflı:

Asan və dadlı aş növü sayılan Toyuqlu döşəmə plovun hazırlanma qaydası ilə tanış olun.

Ərzaqlar:
1 kq uzun düyü
250 qr əridilmiş kərə yağı
1 ədəd toyuq
duz, istiot
sarıkök, zəfəran
3 x/q qarğıdalı yağı
1 baş soğan
Hazırlanma qaydası:
Toyuq təmizlənib, yuyulduqdan sonra, duz, istiot, sarıkök, doğranmış soğan, qarğıdalı yağı ilə basdırma edilir. Düyü yuyulub bir neçə saat ilıq duzlu suda saxlanılır.Sonra qaynar duzlu suda bişirilir. Tam bişməmiş, ocaqdan götürülüb, süzülür. Qazanın dibinə qazmaq əvəzi toyuq tikələri düzülür. Üzərinə süzülmüş düyü əlavə edilir. Sarıkök, dəmlənmiş zəfəran, əridilmiş yağ da gəzdirilir. Aşağı odda 1,5 saat dəmləndikdən sonra Toyuqlu döşəmə plov hazırdır. Qazanın qapağını götürüb, üzərinə sini qoyulur və çevrilir.  Bu zaman  qazanın dibinə çökmüş yağ da plovün üzərinə tökülür və daha da ləzzətli olur.

Sistem kodu:
AEA000004