Mədəniyyət sahəsində elektron məlumat sistemi

Ümumi informasiya

Ad:
Piti
Ətraflı:

Piti - zəngin Azərbaycan mətbəxinin ən məşhur yeməklərindəndir. Hazırlanması təxminən 6-8 saat vaxt aparan, uzun müddət qaynadıqdan sonra təkrarolunmaz dadı və ətri ilə yeyənləri valeh edir.
Pitinin əsas xüsusiyyətlərindən biri onun balaca gil dopularda hazırlarlanmasıdır. Hər balaca dopu bir nəfər üçün nəzərdə tutulur.
Tərkibi:
164 qr qoyun əti
30 qr noxud
18 qr soğan
30 qr şabalıd
20 qr quyruq
20 qr qara gavalı
çimdik zəfəran
duz
istiot
zövqə görə sumaq
Hazırlanma qaydası:
   
İlk öncə şabalıdı bişirib qabıqdan ayırın. Noxudu da gecədən suda isladın. Soğanları xırda kub şəklində doğrayın. Qara gavalını da suda isladın. Piti qabının dibinə duz, noxud və əti qoyub üzərini quyruqlarla örtün. Üzərinə su töküb vam odda qaynadın.

Üstünə yığılan kəfi yığıb atın. Kəfi yığıldıqdan sonra soğanı əlavə edib vam odda qaynadın. Pitinin suyu azaldıqca əlavə edin ki, yaxşıca bişsin. Bişməyinə 15 dəqiqə qalmış qara gavalı və şabalıdı əlavə edin. Süfrəyə verdikdə zəfəran səpin. Pitinin yanında sumaq və təmizlənmiş soğan verilir.

Sistem kodu:
AEA000003